“Xətaİ-7” MMMC-nİn təftİş komİssİyası
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftİş komİssİyası BARƏDƏ QISA MƏLUMAT
Təftiş Komissiyası Cəmiyyətdə maliyyə və təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən müstəqil nəzarət orqanıdır. Komissiya Cəmiyyət iştirakçılarının Ümumi Yığıncağında iki ildən artıq olmayan müddətə seçilir və onun tərkibinə İdarə Heyətinin üzvləri daxil edilə bilməz.
Təftiş Komissiyası formalaşdırıldıqdan sonra öz üzvləri arasından Komissiyanın sədrini seçir və fəaliyyətini onun rəhbərliyi ilə həyata keçirir.
Komissiyanın əsas vəzifələri Cəmiyyətin maliyyə fəaliyyətinin ildə azı bir dəfə təftiş olunması, müvafiq il üzrə gəlir və xərclər smetası barədə rəyin hazırlanması, maliyyə fəaliyyəti və məcburi ödənişlər barədə hesabatların Ümumi Yığıncağa təqdim edilməsi, habelə öz fəaliyyəti barədə Cəmiyyət iştirakçılarına hesabat verməkdən ibarətdir.
Təftiş Komissiyası Cəmiyyətin maliyyə şəffaflığının, hesabatlılığının və üzvlərin vəsaitlərinin düzgün istifadəsinin təmin edilməsində əsas nəzarət mexanizmi kimi çıxış edir.
“XƏTAİ-7” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iştirakçılarının qiyabi səsvermə formasında 10.12.2025–29.12.2025 tarixləri arasında keçirilmiş növbəti Ümumi Yığıncağının 30 dekabr 2025-ci il tarixli qərarı ilə seçilmiş Təftiş Komissiyası:
Təftiş Komissiyasının 13 yanvar 2026-cı il tarixli qərarı ilə seçilmiş Təftiş Komissiyasının sədri:
Əbilov Azər Asif oğlu
Təftiş Komissiyasının üzvləri:
Bayramov Fərhad Vilayət oğlu
Rzayev Vüqar Allahyar oğlu
Mənzil Məcəlləsindən çıxarış:
Maddə 130. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftiş komissiyası (müfəttişi)
130.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftiş komissiyası və ya müfəttişi cəmiyyət iştirakçılarının ümumi yığıncağında iki ildən artıq olmayan müddətə seçilir. Cəmiyyətin təftiş komissiyasının tərkibinə cəmiyyətin idarə heyətinin üzvləri daxil edilə bilməzlər.
130.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftiş komissiyası seçildikdə öz tərkibindən təftiş komissiyasının sədrini seçir.
130.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftiş komissiyası (müfəttişi):
130.3.1. ildə bir dəfədən az olmayaraq cəmiyyətin maliyyə fəaliyyətinin təftişini keçirir;
130.3.2. müvafiq il üçün cəmiyyətin gəlir və xərclər smetası barədə rəyi və maliyyə fəaliyyəti haqqında və mütləq ödənişlər və haqların miqdarı haqqında hesabatı cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edir;
130.3.3. öz fəaliyyəti barədə cəmiyyət iştirakçılarının ümumi yığıncağına hesabat verir.
