HÖRMƏTLİ SAKİNLƏR!
Xahiş edirik, “Xətai-7” MMMC-yə kommunal xidmət haqqı üzrə yaranmış borcları və mənzil mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən təsdiq olunmuş, hal-hazırda qüvvədə olan və aşağıda göstərilmiş tariflərə uyğun, yeni ay üçün hesablanmış kommunal xidmət haqqı məbləğini vaxtında ödəyəsiniz.
“Xətai-7” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti İştirakçılarının Ümumi Yığıncağının qərarı ilə, 01.08.2025-ci il tarixindən etibarən aşağıdakı kommunal xidmət haqqı dərəcələri qüvvədədir:
Çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, təmiri və xidmətlərin göstərilməsi ilə bağlı bütün mənzillər üzrə (cəmi 408 mənzil) hər bir mənzilin Dövlət Reyestrindən çıxarışında göstərilən ümumi sahəsinə uyğun olaraq bir kvadrat metrə düşən aylıq kommunal xidmət haqqı dərəcəsi: 0,43 manat.
İsti su təsərrüfatına aid ümumi əmlakın saxlanması, təmiri, xidmətlərin göstərilməsi və isti su təchiztı üçün sərf olunan təbii qaz və elektrik enerjisinin haqqının ödənilməsi ilə bağlı isti su təchizatı olan mənzillər üzrə hər bir mənzilin Dövlət Reyestrindən çıxarışında göstərilən ümumi sahəsinə uyğun olaraq bir kvadrat metrə düşən əlavə aylıq kommunal xidmət haqqı dərəcəsi: 0,20 manat.
“Xətai-7” MMMC-yə kommunal xİdmət haqqını aşağıda göstərilən üsullarla ödəyə bilərsiniz:
- İstənilən bankdan bank köçürməsi ilə
- “Xətai-7” MMMC-nin bank hesabına birbaşa mədaxil etməklə
- Azərbaycan Beynəlxalq Bankının “ABB mobile” tətbiqi vasitəsilə
- eManat terminallarından
- “Xətai-7” MMMC-nin internet səhifəsindən onlayn ödəniş etməklə (tezliklə mümkün olacaqdır)
- Nağd şəkildə “Xətai-7” MMMC-nin kassasına ödəməklə (yalnız yuxarıda göstərilən üsullarla ödənişi edə bilməyən sakinlər üçün)
