HÖRMƏTLİ SAKİNLƏR!

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun tələbləri nəzərə alınmaqla, həmçinin kommunal xidmət haqqı ödənişlərinin uçotunda hesabatlılığın və şəffaflığın artırılması məqsədilə “XƏTAİ-7” MMMC tərəfindən nağd pul vəsaitlərinin qəbulu dayandırılmışdır.

Digər nağdsız ödəniş vasitələrindən istifadə edə bilməyən sakinlər kommunal xidmət haqqı ödənişlərini “XƏTAİ-7” MMMC-yə məxsus POS-terminal vasitəsilə bank kartı ilə həyata keçirə bilərlər.

POS-terminal vasitəsilə ödəniş etmək üçün Cəmiyyətin ofis otağına yaxınlaşmağınız xahiş olunur.

 

Ödənişi həyata keçirdikdən sonra POS-terminal tərəfindən təqdim edilən ödəniş çekini mütləq götürün və ödənişin təsdiqedici sənədi kimi saxlayın.

 

Nəzərinizə çatdırırıq ki, nağd ödəniş qəbul edilmir.

 

“Xətai-7” MMMC-nin Operator/Kargüzarı Ocaqzada Abutalıb Zabid oğlu, Tel: ‭+994 55 209 70 40‬

 

Hörmətlə, “Xətai-7” MMMC-nin İdarə Heyəti.