HÖRMƏTLİ SAKİNLƏR!
Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun tələbləri nəzərə alınmaqla, həmçinin kommunal xidmət haqqı ödənişlərinin uçotunda hesabatlılığın və şəffaflığın artırılması məqsədilə “XƏTAİ-7” MMMC tərəfindən nağd pul vəsaitlərinin qəbulu dayandırılmışdır.
Digər nağdsız ödəniş vasitələrindən istifadə edə bilməyən sakinlər kommunal xidmət haqqı ödənişlərini “XƏTAİ-7” MMMC-yə məxsus POS-terminal vasitəsilə bank kartı ilə həyata keçirə bilərlər.
POS-terminal vasitəsilə ödəniş etmək üçün Cəmiyyətin ofis otağına yaxınlaşmağınız xahiş olunur.
Ödənişi həyata keçirdikdən sonra POS-terminal tərəfindən təqdim edilən ödəniş çekini mütləq götürün və ödənişin təsdiqedici sənədi kimi saxlayın.
Nəzərinizə çatdırırıq ki, nağd ödəniş qəbul edilmir.
“Xətai-7” MMMC-nin Operator/Kargüzarı Ocaqzada Abutalıb Zabid oğlu, Tel: +994 55 209 70 40
Hörmətlə, “Xətai-7” MMMC-nin İdarə Heyəti.
