“XƏTAİ-7’’ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İştirakçılarının qiyabi səsvermə formasında 10.12.2025–29.12.2025 tarixləri arasında keçirilmiş növbəti Ümumi Yığıncağında qəbul edilmiş QƏRARLAR və SƏSVERMƏNİN NƏTİCƏLƏRİ BARƏDƏ MƏLUMAT

Qərarın tarixi: 30 dekbar 2025-ci il.

Binanın mənzil mülkiyyətçilərinin sayı: 408 mənzil mülkiyyətçisi.

Cəmiyyətin iştirakçılarının sayı: 341 mənzilin mülkiyyətçisi.

Cəmiyyətin səsvermədə iştirak edən iştirakçılarının (mənzil mülkiyyətçilərinin) sayı: 235 mənzilin mülkiyyətçisi.

Səsvermədə (Ümumi Yığıncaqda) iştirak göstəricisi:

– Ümumi mənzil mülkiyyətçiləri üzrə: 57,59 faiz. Yetərsay yaranmışdır.

– Cəmiyyət iştirakçıları üzrə 68,91 faiz. Yetərsay yaranmışdır.

 

Ümumi yığıncağın gündəliyində olan, səsverməyə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarlar və səsvermə nəticələri:

1. “XƏTAİ-7” MMMC-də İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinin sayının müəyyən edilməsi qaydaları” təsdiq edilmişdir.

Lehinə: 224 səs,   Əleyhinə: 5 səs,   Bitərəf: 1 səs,   Etibarsız: 5 səs.

Link: “XƏTAİ-7” MMMC-də İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinin sayının müəyyən edilməsi qaydaları

 

2. Aşağıda adları göstərilən şəxslər Cəmiyyətin İdarə Heyətinin və Təftiş Komissiyasının növbəti iki il müddətinə üzvləri seçilmişdir:

İdarə Heyətinin üzləri:

1) Bayramov Nicat Eldar oğlu

Lehinə: 221 səs,   Əleyhinə: 6 səs,   Bitərəf: 7 səs,   Etibarsız: 1 səs.

2) Cəbrayılov İsmayıl Süleyman oğlu

Lehinə: 219 səs,   Əleyhinə: 8 səs,   Bitərəf: 7 səs,   Etibarsız: 1 səs.

3) Əliyev İlham Talehoviç

Lehinə: 221 səs,   Əleyhinə: 6 səs,   Bitərəf: 7 səs,   Etibarsız: 1 səs.

4) Qəmbərov Seymur Allahverdi oğlu

Lehinə: 219 səs,   Əleyhinə: 8 səs,   Bitərəf: 7 səs,   Etibarsız: 1 səs.

5) Quliyev Araz Nurəddin oğlu

Lehinə: 223 səs,   Əleyhinə: 6 səs,   Bitərəf: 6 səs,   Etibarsız: 0 səs.

6) Mahmudov Saleh Kamil oğlu

Lehinə: 222 səs,   Əleyhinə: 6 səs,   Bitərəf: 7 səs,   Etibarsız: 0 səs.

7) Rzayev Rauf Zeynal oğlu

Lehinə: 222 səs,   Əleyhinə: 6 səs,   Bitərəf: 7 səs,   Etibarsız: 0 səs.

 

Təftiş Komissiyasının üzləri:

1) Bayramov Fərhad Vilayət oğlu

Lehinə: 221 səs,   Əleyhinə: 5 səs,   Bitərəf: 8 səs,   Etibarsız: 1 səs.

2) Əbilov Azər Asif oğlu

Lehinə: 223 səs,   Əleyhinə: 5 səs,   Bitərəf: 7 səs,   Etibarsız: 0 səs.

3) Rzayev Vüqar Allahyar oğlu

Lehinə: 222 səs,   Əleyhinə: 8 səs,   Bitərəf: 5 səs,   Etibarsız: 0 səs.

 

3. Cəmiyyətin 01.01.2026 tarixindən tətbiq olunacaq yeni Ştat Cədvəli və Əməkhaqqı Fondu” təsdiq edilmişdir.

Lehinə: 219 səs,  Əleyhinə: 11 səs,  Bitərəf: 4 səs,  Etibarsız: 1 səs.

Link: Cəmiyyətin 01.01.2026 tarixindən tətbiq olunacaq yeni Ştat cədvəli və Əməkhaqqı hesablama cədvəli

 

4. 01.2026–31.12.2026 dövrü üçün Cəmiyyətin proqnozlaşdırılan Gəlirlər və Xərclər Smetası, eləcə də 01.01.2026 tarixindən tətbiq olunacaq mənzil mülkiyyətçiləri tərəfindən ödənilməli olan aylıq kommunal xidmət dərəcələri aşağıda göstərildiyi kimi təsdiq edilmişdir:

  • Bütün mənzillər üçün ümumi kommunal xidmət haqqı: 0,55 AZN/kvadrat metr.

  • İsti su təchizatı olan mənzillər üçün əlavə kommunal xidmət haqqı: 0,25 AZN/ kvadrat metr.

  • İsti su təchizatı olan mənzillər üçün cəmi kommunal xidmət haqqı: 0,80AZN/ kvadrat metr.

Lehinə: 173 səs,  Əleyhinə: 51 səs,  Bitərəf: 10 səs,  Etibarsız: 1 səs.

Link: 01.01.2026–31.12.2026 dövrü üçün Cəmiyyətin proqnozlaşdırılan Gəlirlər və Xərclər Smetası

 

5. “XƏTAİ-7” MMMC-də kommunal xidmət haqlarının ödənilməsində gecikmə və ya ödənişdən imtina hallarında inzibati və texniki məhdudlaşdırıcı tədbirlərin tətbiqi qaydaları” təsdiq edilmişdir.

 Lehinə: 219 səs,  Əleyhinə: 12 səs,  Bitərəf: 3 səs,  Etibarsız: 1 səs.

Link: Kommunal xidmət haqlarının ödənilməsində gecikmə və ya ödənişdən imtina hallarında inzibati və texniki məhdudlaşdırıcı tədbirlərin tətbiqi qaydaları